“Ot öz kökü üstündə bitər” – Babalarımız bu kəlməni müdrikliklə demişlər. Bizim kökümüzü axtaranlar Şah İsmayıl kimi babaımızı taniyirlar... Ərazisi 3.5 mln kv. km. qədər olan üç qitədə yerləşən SƏFƏVİLƏR dövləti bizim kökümüzdü. Bu İmperiyanın qüdrətindən qorxan düşmənləri də çox idi. Düşmənə özünü qaçırmış kimi göstərən lakin, əks həmlələrlə onu məhv edən Şah babamız bütün bunlara öz dərin biliyi, kamallılığı ilə nail olmuşdu. Insanın gücü yalnız onun ağlındadır, yalnız kamil insan hər şeyə qabildir. Öz dilini, dinini, tarixini çox sevən İsmayıl – İsgəndər, Atilla, Napaleon kimi sərkərdələrlə bərabər tutulur. Bu bizim tariximizdir... Biz onlarıq – onlar bizim kökümüzdür... Bu xalq yenə İsmayıllar, Koroğlular, Babəklər, Nəbilər doğacaqdır... Biz hüquqi şəxs kimi 1321321 tarixində Bakı şəhərində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişik. Əsas fəaliyyət növümüz təhsil və xidmətdir. Dayanmadan inkişaf edən dünyamızda elmin yeni - yeni sahələri yaranır, xalqımızın bu inkişafdan geri qalmaması üçün güclü təhsilə ehtiyacı var. Bu ehtiyacı zərrə qədər ödəmək üçün bizim şirkət müxtəlif kurslar, treninqlər, klublar təşkil edir. Hər kəsi bizim xidmətlərdən yararlanmağa çağırırıq...